Ukraynadakı xüsusi əməliyyat plan üzrə davam edir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
O, Rusiyanın Ukraynada bütün hədəflərinə çatacağını əlavə edib.
Dmitri Peskov Rusiyanın Avropa qarşısında qaz öhdəliyini də yerinə yetirməyə hazır olduğunu əlavə edib.